Ölkə futbolu

Mövsümün 150-ci qolu, Eminin ilk dublu

Topaz Premyer Liqasında 2018/19 mövsümünün 150-ci qolu vurulub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu qola “Neftçi” – “Keşlə” qarşılaşmasında hesabı açan Emin Mahmudov imza atıb.

Xatırladaq ki, mövsümdə ilk qolu 1-ci turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə 6-cı turda (4:0) onun komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top isə 11-ci turun “Qəbələ” – “Qarabağ” görüşünə (1:3) hesabı açan meydan sahiblərinin futbolçusu Ceyms Adeniyinin aktivinə yazılıb.

Qeyd edək ki, “Keşlə” ilə qarşılaşmada komandasının hər iki qoluna imza atan Mahmudov karyerasında ilk dublu rəsmiləşdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43