Kateqoriyasız

Mövsümün antirekordu

“Səbail”in Premyer Liqadakı qələbəsiz oyunlar seriyası 8-ə çatıb.

İdmanxeber.az-ın məlumatına görə, 16-cı turun “Qəbələ” ilə səfər matçında 0:2 hesabı ilə uduzan Bakı klubu sonuncu dəfə 8-ci turda qalib gəlib.

Ötən il oktyabrın 25-də “Qarabağ” üzərində 3:1 hesablı qələbədən sonra 8 oyun keçirən Aftandil Hacıyevin komandası 2 heç-heçə edib və 6 dəfə uduzub.

Bu, mövsümün yeni antirekordudur. Bunadək ən uzun qələbəsizlik “Sabah”a məxsus idi. Paytaxt klubu çempionatın ilk 7 matçında qələbə qazana bilməmişdi. Üçüncü göstəriciyə “Sumqayıt” malikdir. İki dəfə altı oyunluq qələbəsizlik yaşayan komandanın bu seriyalarından biri davam etməkdədir.(pfl.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43