Kateqoriyasız

Mövsümün ilk hakim təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ilk turunun hakim təyinatları açıqlanıb

İdmanxeber.az-ın məlumatına görə, avqustun 5-də “Kəpəz” və “Zirə” komandaları arasında oynanılacaq açılış matçı FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

5 avqust (cümə)

19:30. “Kəpəz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
VAR hakimi: Vüqar Həsənli
VAR hakiminin köməkçisi: Rəhman İmami
“Dalğa Arena”.

6 avqust (şənbə)

20:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
“Azersun Arena”.

7 avqust (bazar)

17:00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
Şamaxı şəhər stadionu.

19:15. “Sabah” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
“Bank Respublika Arena”.

8 avqust (bazar ertəsi)

17:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
Tovuz şəhər stadionu.

Qeyd edək ki, oyunların AFFA nümayəndələri və VAR hakimləri ilə bağlı əlavə məlumat daha sonra veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43