Ölkə futbolu

Mövsümün ilk het-triki

Azərbaycan kubokunda mövsümün ilk het-triki qeydə alınıb.

“Keşlə”nin futbolçusu Sezar Meza Kolli “Zirə” ilə səfər oyununda 3 qol vuraraq komandasının 3:2 hesablı qələbəsində əsas pay sahibi olub.

Paraqvaylı futbolçuyadək kubokda sonuncu het-trik 729 gün öncə gerçəkləşib. Həmin vaxt da indiki kimi yarımfinalın cavab matçına təsadüf edən het-trik “Zirə”nin ev oyununda qonaq komandanın futbolçusunun hesabına yazılıb. “Sumqayıt”ın futbolçusu Peyman Babayi 2019-cu il mayın 1-dəki görüşdə 3 qol vurub və komandası 3:3 hesablı heç-heçədən sonra (ilk oyunda 0:0) finala yüksəlib. Hər iki qarşılaşmada qonaqlar Zirə İdman Kompleksində vurulan səfər qollarının sayəsində mərhələ adlayıb.

Sezar həm də “Keşlə”nin heyətində son 14 ildə kubokda bir matça ən azı 3 qol vuran ilk oyunçu olub. Buna nail olan Valter Quqlemon 2007/08 mövsümünün GEN-lə 1/16 finalın cavab oyununda (5:0) poker müəllifi kimi tarixə düşüb. (pfl.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi”nin baş hakimə qarşı qisas Planı

admin

“Xəzər Lənkəran”dan rəsmi mövqe: “Onu heç bir kluba vermərik!”

admin

Millimizin start heyəti açıqlandı

admin