23 Fevral 2025
Ölkə futbolu Premyer Liqa

Mövsümün rekordu derbidə qırıldı!

Misli Premyer Liqasının 2024/2025 mövsümündə azarkeş rekordu qeydə alınıb.

İdmanxeber.az-ın məlumatına görə, rekord bu gün keçirilən 23-cü turun mərkəzi qarşılaşması – “Neftçi” – “Qarabağ” görüşündə qeydə alınıb. “Neftçi Arena”da keçirilən derbini stadiondan 9355 tamaşaçı izləyib.

Bu, cari mövsümdə hələ ki, qeydə alınan ən yüksək göstəricidi.

Qeyd edək ki, qarşılaşma “Qarabağ”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43