23 Oktyabr 2024
Premyer Liqa

Mövsümün son “Böyük oyun”unu “Neftçi” qazandı

Bu gün Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi" öz meydanında əzəli rəqibi "Xəzər Lənkəran"la üz-üzə gələcək.

İdmanxeber.com-un məlumatına görə, bu matçda Lənkəran klubuna xal o qədər də vacib deyil. Çünii Lənkəran təmsilçisi çempionatdan əlini üzüb. Lakin rəqib "Neftçi", matç isə "Böyük oyun" olduğundan meydanda sona kimi mübarizənin gedəcəyini əminliklə deyə bilərik.

"Xəzər Lənkəran"dan fərqli, "Neftçi" bu oyunda qələbə qazanmaqla liderlər qrupunda möhkəmlənmək niyyətindədi. "Ağ-qaralar" əzəli rəqibini yenməklə xal ehtiyatını artıraraq, avrokuboklar arzusunu çin etmək istəyir. 

17:00.“Neftçi” – “Xəzər Lənkəran” 1:0
Qol: Nfr, 78

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Fərid Məmmədov

8-ci km qəsəbə stadionu.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43