"Bakı"nın hücumçusu Rauf Əliyevin "Xəzər Lənkəran"a keçidi demək olar ki, rəsmiləşir.
Lakin bir maraqlı məqam var. "Bakı" Əliyevi Cənub klubuna satmır. Yəni, futbolçuyla müqaviləyə qarşılıqlı şəkildə xitam verir və hücumçu bundan sonra istədiyi komandaya azad agent kimi keçə biləır.
Məsələylə bağlı klubun icraçı-direktoru Yaşar Seyidov idmanxeber.com-un suallarını cavablandırıb. Klub rəsmisinə ünvanladığımız "Raufu hansısa kluba satsaydınız siz qazanacaqdız. İndiki halda isə siz heç nə qazanmırsız? Məsələyə niyə bu formada yanaşırsız?" – sualına, belə cavab verdi:
"Bilirsiz necədi, bu məsələ klub və futbolçu arasında həll olunub. Yəni, biz onu satmayacağıq. Qarşılıqlı şəkildə müqaviləyə xitam veriləcək. İndi elə şeylər var deyə bilmirəm".