Müsahibə

Muarem Muarem: “Bu mənimlə bağlı deyil, baş məşqçinin qərarıdır”

Bu gün Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qarabağ” doğma meydanda AZAL-ı 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra Ağdam klubunun futbolçusu Muarem Muarem jurnalistlərin suallarını cavablandırıb

–    Yaxşı hazırlaşmışdıq. Çətin oyun alındı. Qələbə bizə vacib idi. Bunun davamını gətirməliyik.

–    Bu oyunun bu qədər çətin keçəcəyini gözləyirdiz?

–    Əlbəttə, bilirdik. Məqşçilərimiz də analiz etmişdi. Çətin olacağını demişdilər. AZAL asan rəqib deyil. Baxmayaraq ki, son pillədə qərarlaşıblar. Sona qədər mübarizə apardılar.

–    İlk hissədə çox sönük futbol oldu.

–    Baş məşqçimiz ilk hissədə çətinlik çəkəcəyimizlə bağlı xəbərdarlıq etmişdi. Sakit olmalı idik. İkinci hissədə isə sakit davrandıq və fürsəti gözlədik. Sevinirik ki, lazım olan qolu vurduq.

–    Bu gün əsas “Qəbələ” “Neftçi”nin qonağı olacaq. Əsas rəqibiniz olan “Qəbələ” xal itirə bilər?

–    Yenə çempion olmaq istəyirik. Kim istəməz bunu? Onlar da yaxşı rəqibdir. “Qəbələ”ni bu gün çətin sıaq gözləyir. Biz yalnız öz oyunlarımıza baxmalıyıq. Onların oyununu fikirləşmək istəmirik. 6 oyunumuz qalıb və qalib gəlmək istəyirik.

–    Azərbaycan millisi martın 26-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya qarşı oynayacaq. Bu barədə fikirləriniz necədi?

–    Çox çətin oyun gözləyir. Azərbaycan millisinin Bakıda keçirdiyi oyunlarda stadionda olmuşam. Komanda yoldaşlarım da bilir bunu.Rəqibə gəlincə isə Almaniya son dünya çempionudur, böyük komandadır. Azərbaycan millisi üçün yaxşı təcrübə olacaq. Çətin olacaq. Komanda yoldaşlarımı bu oyunda dəstəkləyirəm.

–    Almaniya millisi böyük hesabla qalib gələ bilər?

–    Mən elə düşünmürəm. Komanda yoldaşlarımı bu oyunda sona qədər dəstəkləyirəm. Bu, futboldu. Son nəticə öncədən bəlli olmur.

–    Son zamanlar Makedoniya millisinə artıq dəvət almırsan. Səni unudublar?

–    Bu mənimlə bağlı deyil, baş məşqçinin qərarıdır. Mən də buna hörmətlə yanaşıram. Çağırsa, əlimdən gələni edəcəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43