“Qarabağ”ın sabiq futbolçusu Muarem Muaremin yeni komandası müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, makedoniyalı futbolçu karyerasını yenidən Türkiyədə davam etdirəcək.
27 yaşlı futbolçu PTT 1-ci Liqa komandası “Yeni Malatyaspor”la anlaşıb.Futbolçu komandaya qış təlim-məşq toplanışı zamanı qoşulacaq.
Qeyd edək ki, Muaremin sonuncu klubu Superliqa təmsilçisi “Əskişəhərspor” olub.