“Çox xoşbəxtik. Əla oyun göstərdik. Oyun planına əməl etdik. İlk qolu buraxdıqdan sonra yaxşı reaksiya verdik. İlk hissənin sonunda iki qol bizi ürəkləndirdi. Prinsipcə, 3:2 hesabı bizə ümid verir. Azərbaycana yaxşı əhval-ruhiyyədə gedəcəyik. Döyüşmək məcburiyyətində qalacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Linfild”in futbolçusu Kris Keysment Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyundan (3:2) sonra deyib.
Klub saytına danışan futbolçu cavab görüşü haqda bunları deyib:
“Mübarizə aparmalıyıq, sonra nəticə gələcək. Qarşıda 90 dəqiqə var, bu müddət ərzində Avropa Liqasının qrup mərhələsinə layiq olduğumuzu göstərməliyik. Futbol qəribə bir oyundur, bu gün kənar adam sayılırsınız, ancaq bir saat yarım ərzində meydanda hər şey dəyişir. İnanılmaz bir nəticə əldə etdik və Bakıya yüksək əhval-ruhiyyə ilə gedirik”.