“Palmali” şirkətlər qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov “Beşiktaş”ın preizdenti ola bilər.
İdmanxeber.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, ötən gün Fikrət Ormanın istefasından sonra “qara qartal”da boş qalan prezident postuna Mənsimovun keçə biləcəyi qeyd olunur.
İstanbul klubunda yeni seçkilər olacaq və “Xəzər Lənkəran”ın sahibinin də həmin posta iddia etdiyi bildirilir.