Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev AFFA-nın bu il bərpa etdiyi Superkubok matçının hələ də niyə keçirilməməsi ilə bağlı verilən sualları cavablandırıb.
Qurum başçısı böyük ehtimalla superkubokun qışda, Antalyada keçiriləcəyini bildirib:
“Kubok və iştirakçılara veriləcək medallar hazırdı. Ola bilsin ki, bu oyun Mübariz Mənsimovun dediyi kimi, Antalyada keçirilsin. Bu variant da gündəmdədi. Ancaq bunun baş tutması üçün Türkiyə Futbol Federasiyasının razılığı lazımdır. Bəlkə də yanvarda Bakıda keçirdik. Bir sözlə, məsələ hələ dəqiqləşməyib.
Əgər belə olsa o zaman azarkeşlərin müəyyən qismini klublar, digərlərini isə AFFA öz üzərinə götürə bilər”.