28 Sentyabr 2024
Ölkə futbolu

“Müdafiə olunmağa məcburduq” – “Turan Tovuz”un kapitanı

“Oyuna hazırlaşanda bilirdik ki, rəqibin itirəcək bir şeyi yoxdur. Daha çox əks hücumlara bel bağlamışdıq. Şanslar da oldu, ancaq istifadə edə bilmədik. Son dəqiqələrdə isə cərimə zərbəsinin ardından şoka düşdük. Bir az diqqətli olsaqdıq, oyun əlavə vaxta da gedə bilərdi. Qismət belə imiş”.

Bu sözləri idmanxeber.az saytına “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev ölkə kubokunu yarımfinal mərhələsində “Neftçi” məğlubiyyəti sonrası deyib. O, görüşün sonundan baş məşqçi Ayxan Abbasovun komandaya təşəkkür etdiyini bildirib:

“Bu oyununun üzərində çox qalmamalıyıq. Qarşıda vacib matçlarımız var. Son sıralaradan uzaqlaşmaq üçün həmin görüşlərdə yaxşı nəticə qazanmalıyıq. Elə görüşün ardından Ayxan Abbasov da bizə bunları söylədi. O, hər zaman oyunçuların yanında olduğunu bildirdi. Yarımfinala qədər gəlməyin də uğur olduğunu söyləyib komandaya təşəkkür etdi”.

Əliyev “Neftçi” azarkeşlərinin “Turan Tovuz”un bəzi futbolçularına sərt təpki göstərməsini isə belə şerh edib:

“Azarkeşlər həmişə qələbə istəyir, aqressiv olurlar. Oyunda belə hallar normaldır. Bəzən futbolçular yıxılır, cərimə tələb edir, bir az dincəlirdi. Ola bilsin buna görə təpki gəstəriblər. Ayrı elə də ciddi bir durum yox idi”.

O, görüşün böyük hissəsini müdafiədi keçirmələrindən də söz açıb. Komandanın kapitanı buna məcbur qaldıqlarını bildirib:

“Rəqib davamlı üzərimizə gələrdi. Müdafiə olunmağa məcburduq. “Neftçi” iki hücumçuyla irəlidə təzyiq edirdi. Biz topu hara gəldi vurmurduq. Sadəcə, onların qarşısını almağa çalışırdıq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43