Türkiyə Superliqasında “Trabzonspor” – “Qalatasaray” arasındakı qarşılaşmada ədaləti FİFA refersi Cüneyt Çakır qoruyub.
İdmanxeber.com-un məlumatına görə, matçda hakimə təzyiq olunub.
Soyunub-geyinmə otağına yollanan hakimin qarşısını mühafizəçilərdən biri kəsərək onu təhqir edib. Lakin digər mühafizəçilər araya keçərək olayın böyüməsinə imkan verməyib.
Görüş istanbulluların 1:0 hesablı qələbəsi ilə bitib