Region Liqasında çıxış edən “Şahdağ Quba”da yeni təyinat gerçəkləşib.
İdmanxeber.az-ın məlumatına görə, Vətən Müharibəsinin iştirakçısı Rəvan Baxışov klubun vitse-prezidenti təyin olunub.
Vaxtilə bu komandanın oyunçusu kimi meydana çıxan Baxışov Cəbrayıl, Füzuli və Xocavəndin işğaldan azad olunması ilə əlaqədar medallarla təltif edilib