Kateqoriyasız

Müharibəyə görə Azərbaycan klubuna keçdi

Xəbər verdiyimiz kimi, “Sabah” Ukrayna “Vorskla”asından Lukas Rangeli heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, Rangelin belə bir vaxtda “Sabah”a keçməsinin təfərruatları.bəlli olub. Belə ki, 27 yaşlı braziliyalı forvard Ukraynasa gedən müharbiə səbəbindən bu olkəni tərk edərək Azərbaycana üz tutub.

Mərkəz hücumçusu Premyer Liqada 12 oyuna 4 qol vurub.

O, FİFA-nın Rusiya və Ukrayna liqalarında çıxış edən əcnəbi futbolçulara verdiyi hüquqdan yararlanıb. Buna əsasən həmin liqalarda oynayan legionerlər qeyri-transfer pəncərəsi dövründə (bu il iyunun 30-dək) azad agent kimi istənilən kluba keçə bilərlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43