“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının qrup mərhələsində “Kopenhagen”lə matçdan əvvəl komandanın hücumçusu Tomas Müller haqqında fikirlərini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis təcrübəli futbolçunun komandadan ayrılacağı barədə iddiaları barədə belə deyib:
“Tomas bilir ki, onun hər zaman başlamaq şansı var. Ona nə qədər hörmət etdiyimi də bilir. Müller “Bavariya”nın əfsanəsi idi və sabah da əsas heyətdə yer almalıdır”.
Müller karyerası boyu “Bavariya”da çıxış edib. Onun hazırkı müqaviləsi gələn ilin yayında başa çatır. Bu mövsüm futbolçu Bundesliqada 10 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.