Almaniya millisinin futbolçusu Tomas Müller DÇ-2014-ün yarımfinalında məğlub etdikləri Braziliya ilə oyunu şərh edib.
İdmanxeber.com-un məlumatına görə, Müller matçdan sonra bunları deyib:
“Braziliya müdafiədə fərqli oynadı. Biz də bu fürsətdən maksimum yararlandıq. Hər kəs Əlcəzair ilə matçdan sonra formadan düşdüyümüzü söyləyirdi. Amma indi bizim haqqımızda yaxşı sözlər deməyə başlayacaqlar. Bu qalibiyyət hər matçda çox fərqli nəticənin ola biləcəyini sübut etdi”.