“Bavariya”nın hücumçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib. O, dünya çempionatını başı üzərinə qaldıranda azarkeşlərin sevgisini hiss etdiyini bildirib. Təcrübəli forvard bütün tərəfdarlara təşəkkür edib.
34 yaşlı Müller 2010-cu ildən millidə çıxış edir. O, 131 oyun keçirib və 45 qol vurub. Futbolçu dörd Avropa çempionatında və dörd dünya çempionatında iştirak edib.
2014-cü ildə Almaniya ilə birlikdə dünya çempionu olub.