“Bavariya”nın futbolçusu Tomas Müller komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatəna görə, təcrübəli futbolçu baş məşqçi Tomas Tuxelin ona az şans verdiyini düşünür. Ehtiyatda oturmaqdan narazı olan almaniyalı futbolçu klubdan ayrılmağı düşünür.
Müllerin Münhen təmsilçisi ilə 2024-cü ilə qədər müqaviləsi olsa da, yayda komandadan ayrıla bilər.
BİLD nəşri yazır ki, təcrübəli hücumçuya Avropa klublarından rəsmi təklif yoxdur. Ancaq Tomas karyerasını Amerikada davam etdirə bilər.