“Bavariya”nın hücumçusu Tomas Müller haqqında çıxan iddiaları təkzib edib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu sosial şəbəkə hesabında etdiyi paylaşımda Münhen təmsilçisindən ayrılacağı yönündəki xəbərlərin doğru olmadığını bildirib.
O, yalnız qarşıdakı oyunlara kökləndiyini və belə xəbərlərə baş qoşmadığını vurğulayıb.
Xatırladaq ki, ötən gün Almaniya mətbuatında Müllerin baş məşqçi Tomas Tuxelin ona az forma şansı verdiyi üçün komandadan ayrılmaq istəyidiyi iddia edilmişdi.