Dünyadan

Mundiala sayılı günlər qala Almaniyada şok: daha bir ulduz futbolçu sıradan çıxdı

Almaniya milli komandası dünya çempionatının startına 5 gün qalmış Marko Reusun zədələnməsi ilə sarsılıb.

İdmanxeber.com-un məlumatına görə, Ermənistan ilə yoxlama görüşündə Almaniya millisinin aparıcı üzvü Marko Reus ayağından zərbə alınca meydandan xərəklə çıxarılmalı oldu. Zədəsi ciddi olan futbolçu dərhal xəstəxanaya aparıldı.

Reusun Braziliyadakı mundialda oynayıb-oynamayacağı sual altındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43