2018-ci il Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək komandalardan daha birinin adı məlum olub.
İdmanxeber.com-un məlumatına görə, İrlandiyanı darmadağın edən Danimarka mundiala vəsiqə əldə edib.
Bununla da DÇ-2018-ə vəsiqəni təmin edən komandaların sayı 30-ə çatıb:
Rusiya (təşkilatçı ölkə)
Almaniya (son dünya çempionu)
İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Argentina, Braziliya, Misir, İran, Kolumbiya, Kosta-Rika, Meksika, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Uruqvay, Cənubi Koreya, Yaponiya, Seneqal, Tunis, Mərakeş, İsveçrə, Xorvatiya, İsveç, Danimarka.
Son olaraq Peru – Yeni Zellandiya və Avstraliya – Honduras matçlarından sonra son 2 vəsiqənin də sahibi bəlli olacaq.