“Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu “Şiroki Briyeq” yenilgisini şərh edib.
İdmanxeber.com-un məlumatına görə, əyalət klubunun yeni çalışdırıcısı məğlubiyyəti belə izah edib:
“Futbolçularıma təşəkkür edirəm ki, sona kimi mübarizə pardılar. Çox istəyirdilər ki, qazansınlar. Amma bugün onların günü deyildi. Düzdü uduzduq. Ancaq bunun bütün məsuliyyəti mənim üzərimdədi. Bosniyada möcüzə etməliyik. Səfərdə qələbə üçün meydana çıxacağıq. Ancaq biz çempionatada hazırlaşmalıyıq.
Mən sözümün üstündə dururam. Siz bilmirsiz ki, bizim hazırlıqlar zamanı hansı problemlərimiz olmuşdu”.
Rumıniyalı mütəxəssis daha sonra fiziki cəhətdən komandasının hazır olmadığını da bildirib:
“Fiziki cəhətdən komanda hazır deyildi. Hələ hazırlıq dövrü keçirik”.