Dünya futbolu

Müqaviləsi uzadılmır, “Barselona”dan ayrılır

“Barselona” Serxi Robertonun müqaviləsini uzatmayacaq.

İdmanxeber.az-ın məlumatına görə, sözləşməsinin son ilində olan 31 yaşlı yarımmüdafiəçi gələn il komandadan ayrılacaq.

Roberto 14 yaşından “Barselona”da çıxış edir. O, bu mövsüm 6 oyuna çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43