Rusiyanın “Krasnodar” klubunu çalışdıran Murad Musayev Premyer Liqada ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçilib.
İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın sabiq məşqçisi mükafata namizəd 4 mütəxəssis – Sergey Semak (“Zenit”), Martsel Liçka (“Dinamo”), Marko Nikoliç (ÇSKA) və Dmitri Pyatibratovu (“Fakel”) qabaqlaya bilib.
14 oyunda 36 xal toplayan Musayevin komandası hazırda Rusiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.