Ölkə futbolu Premyer Liqa

Murad Musayev: “Sehrbaz deyiləm”

“Arqessiv, sürətli futbol göstərdik. Bizim üçün vacib olan üç xal əldə etdik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Səbail”ə qalib gəldikləri oyundan (4:0) sonra deyib.

Rusiyalı mütəxəssis daha sonea bunları qeyd edib:

“Sehrbaz deyiləm. Əvvəlki xal itkilərinə baxsaz, ya azlıqda olmuşuq, ya rəqib şansının köməyi ilə qol vurub. Qırmızı vərəqələr, zədələr itkilərə gətirib çıxardı. Rəqiblərlə aramızdakı xal fərqinə baxmalı deyilik. Oyundan oyuna düşünməliyik. Regionlarda oynamaq çox çətindir. “Qarabağ” Gəncədə çətinliklə üzləşdi. Meydança pis idi. Biz öz oyunlarımıza köklənməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43