“Çox parlaq oyun gördük. Sona qədər qalibin kim olacağı bəlli deyildi. Əlbəttə ki, belə matçlar azarkeşlərin çox xoşuna gəlir. Amma məşqçilər belə oyunları sevmir. Vacib olan qələbə idi. Çox .adam ki, qalib gəldik”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev ölkə kubokunun 1/8 final mərhələsinin “Kəpəz”lə (3:4) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:
“Sofian Çaklaya niyə sarı vərəqə göstərildiyini anlamadım. O, epizoddan çox uzaq idi. Aleksey İsayevlə “Qarabağ”ın maraqlandığı xəbərləri şayiələrdir. Şayiələrə şərh vermək istəmirəm. Kluba heç bir təklif gəlməyib. Təklif olsa, müzakirə edə bilərik. Mən məşqçi olaraq onun getməyini istəmərəm”.