Ölkə futbolu

Murad Musayev yenə cəzalı duruma düşdü

“Sabah”ın baş məşqçisi Murad Musayev növbəti görüşdə tribunada yer alacaq.

İdmanxeber.az-a verilən məlumata görə, rusiyalı mütəxəssis “Kəpəz”lə oyunda sarı vərəqə görərək 4-cü rəsmi xəbərdarlığını alıb. Bu səbəbdən də Musayev növbəti turda “Səbail” matçında texniki zonada yox, tribunada yer alacaq.

“Sabah” – “Səbail” matçı dekabrın 10-da, saat 15:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43