Ölkə futbolu

“Musa ilə bağlı “Qarabağ”a heç bir təklif olmayıb”

“Qarabağ” hücumçusu Musa Qurbanlı ilə bağlı heç bir rəsmi təklif almayıb.

Bunu klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

 

 

O, Polşanın “Poqon” klubunun 20 yaşlı futbolçu ilə bağlı “Qarabağ”la danışıqlar aparması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən bu iddiaların doğru olmadığını qeyd edib:

“Hazırda Antlyada “Poqon”la bir oteldə qalırıq. Ancaq bu xəbərlərlərin həqiqət payı sıfırdır. Bu, müzakirə mövzusu deyil. Musa ilə bağlı klubumuza heç bir rəsmi təklif olmayıb”.

Qeyd edək ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musa bu mövsüm “Qarabağ”ın heyətində 21 oyuna 14 qol vurub, 4 məhsuldar ötürmə edib. (qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43