Dünya futbolu

Musa oynamadı, “Yurqorden” geri dönüş etdi

Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” İsveç çempionatında növbəti oyununu keçirib.

İdmanxeber.az məlumat verir ki, “Hekken”lə qəbul edən Stokholm klubu görüşdə 0:3 hesabıyla geri düşməyinə baxmayaraq 86-cı dəqiqədən sonra vurduğu 3 qolla hesabı bərabərləşdirməyi bacarıb – 3:3.

Musa Qurbanlı görüşdə vaxt almayıb.

“Yurqorden” 2 turdan sonra 4 xalla İsveç çempionatında 5-ci yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43