Ölkə futbolu

Musa Qurbanlı Avropada birinci sırada

Avropada 21 yaşadək futbolçular arasında ən çox qol vurmuş hücumçular açıqlanıb.

İdmanxeber.az “Euro Foot” nəşrinə istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın hücumçusu Musa Qurbanlı da yer alıb.

O, 14 qolla “Reyms” komandasının forvardı Folorin Baloqanla 1-2 yerləri bölüşür.

Üçüncü pillədə isə 12 qolla  “Benfika”lı Qonsalo Ramuş qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43