İsveç çempionatının 13-cü turunun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının transfer olduğu “Djurqarden” doğma meydanda “Varberq”i qəbul edib. Görüş ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunu izləyənlər arsasında Qurbanlı da yer alıb. O, yeni klubunun ilk oyununu tribunadan izləyib.
“Djuqarden” hazırda davam edən İsveç çempionatında 14 oyundan 24 xalla 4-cü yeri tutur.