Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveç klubu “Yurqorden”in U-21 komandasının heyətində çıxış edib.
İdmanxeber.az məlumat verir ki, 21 yaşlı forvard Elit Liqa Kubokunda “Nörçeppinq”lə görüşdə meydana çıxıb. Matç “Yurqorden” U-21-nin məğlubiyyətiylə başa çatıb – 1:3. M.Qurbanlı start heyətdə meydana çıxıb və penaltidən komandasının tək qolunun müəllifi olub.
Onunla yanaşı, əsas komandanın daha bir neçə üzvü oyun praktikası toplamaq üçün U-21-in heyətində yer alıb.
Qeyd edək ki, İsveç çempionatında yeni mövsüm martın 30-da başlayacaq.