AVRO-2024 seçmə mərhələsi çərçivəsində millimizin heyətinə dəvət alan Musa Qurbanlı İsveçə qayıdıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə “Yurqorden”in rəsmi sosial şəbəkə hesabından məlumat paylaşılıb. Bildirilib ki, Qurbanlı və Finlandiya yığmasına çağırılan Rasmus Şüller komandaya dönüblər.
Xatırladaq ki, “Yurqorden” sentyabrın 16-da, doğma meydanda “Varnamo” ilə üzə-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.