“Qarabağ” klubunun hücumçusu Musa Qurbanlı Azərbaycanın 21 yaşadək (U-21) futbolçulardan ibarət milli komandasının heyətinə cəlb edilib.
İdmanxeber.az verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Millimiz Avropa çempionatının seçmə mərhələsində oktyabrın 12-də Şimali İrlandiya, 15-də isə İngiltərə yığması ilə səfərdə qarşılaşacaq.