Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunda ilk məşqinə çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib. Bir müddətdir sənədləşmə məsələsi ilə bağlı Bakıda olan Qurbanlı artıq komandanın düşərgəsindədir.
Onun “Yurqorden”nin ayın 17-də “Malmö”yə qarşı keçirəcəyi görüşdə meydanda olub-olmayacağı bəlli deyil. Musa İsveç təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.