Musa Qurbanlının komandası “Yurqorden” heyətini gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, İsveç klubu Tobias Qullikseni heyətinə qatdığını açıqlayıb. 20 yaşlı oyunçu sağ vinger mövqeyində çıxış edir.
Norveçli oyunçuyla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qulliksen öncəki “Bodo Qlimt”də 11 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.