Kateqoriyasız

Musayev “Sabah”la bağlı danışdı

“Krasnodar” klubunun sabiq baş məşqçisi Murad Musayev “Sabah”la razılığa gəldiyi haqda xəbərlərə münasibət bildirib.

38 yaşlı mütəxəssis bununla bağlı Rusiya mətbuatına açıqlama verib. O, rəsmi açıqlama olmadan bu haqda danışa bilməyəcəyini deyib:

“Rəsmi bəyanatdan əvvəl heç nə söyləməyəcəm. Ona görə də mən bu məlumatı təsdiq edə bilmərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43