“Sevilya”nın gücünə hamı bələddir. Mənə “Ramos Sançes Pisxuan”da (“Sevilya”nın stadionu – red.) oynamaq sevinci nəsib olub. Bu, xüsusi bir hissdir. Bura super, gözəl bir stadiondur”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel deyib.
O, “Sevilya” səfəri haqda danışanda daha sonra sözlərinə belə davam edib:
Bilirik ki, bizi çətin matç gözləyir. “Sevilya” çox güclüdür və öz meydanında adətən, rəqiblərə xal qazanmağa imkan vermir”.
“Qarabağ”ın şansları haqda da danışan Miçel deyib: “Əgər APOEL “Düdelanj”ı udsa, biz isə “Sevilya”ya uduzsaq, “Qarabağ” üçün hər şey bitəcək. Ümid edirik ki, müsbət nəticə qazana bilərik”