İdman

Muslera buraxdığı qola görə üzr istədi

Türkiyə Superliqasının 27-ci turu çərçivəsində evdə “Trabzonspor”a 2:1 hesabı ilə qalib gələn “Qalatasaray”ın qolkiperi Fernando Muslera buraxdığı qola görə komanda yoldaşlarından üzr istəyib.

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşü yüksək səviyyədə keçirən “əlcək sahibi” qarşılaşmanın əsas vaxtı ərzində qonaqlara qol şansı tanımasa da, artırma dəqiqələrində mərkəz xəttindən “yediyi” dəqiq zərbəyə görə, komanda yoldaşlarından üzrxahlıq edib. Kuçkanın mərkəz xəttindən vurduğu möhtəşəm zərbəyə mane ola bilməyən uruqvaylı qapıçını matç sonrası komanda yoldaşları təsəlli edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43