“Qalatasaray”ın qapıçısı Fernando Muslera öz rekordunu yeniləmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, uruqvaylı qolkiper cari mövsüm iki oyunda da qapısını toxunulmaz saxlasa, 11 il öncəki rekordunu yeniləmiş olacaq.
Muslera klubdakı ilk ilinda 34 matçın 17-ni “quru” keçirib. Cari mövsüm isə 15 oyunda top buraxmamağı bacarıb.
“Qalatasaray”ın qarşıdakı iki oyunu “Ankaragücü” və “Fənərbağça” görüşləridi.