27 Dekabr 2024
Ölkə futbolu

Mustafa Dənizli: “6+5 sisteminin tərəfdarıyam”

"AFFA-nın İcraiyyə Komitəsinin iclasına dəvət olunmağım mənim üçün çox xoşdur”. 

Bu sözləri "Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli deyib. Dənizli bildirib ki, İcraiyyə Komitəsinin üzvlərinin klub məşqçilərinin fikirlərini dinlənilməsi yaxşı haldır: “Limit məsələsində, növbəti mövsüm üçün 6+5 sisteminin tərəfdarıyam. 21 yaşadək futbolçu məsələsinə gəlincə, mən bu yaşda azı 1 futbolçunun "18-lik"də olmasının doğru sayıram. Ancaq həmin futbolçunun start heyətdə meydana çıxması ilə bağlı şərt qoyulmamalıdır. O, meydana sonra da daxil ola bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43