01 Yanvar 2025
Ölkə futbolu

Mustafa Dənizli: “Buna ehtiyacımız var idi”

Topaz Premyer Liqasının 26-cı turunda səfərdə “Sumqayıt”la qarşılaşan “Xəzər Lənkəran” rəqibini minimal hesabla məğlub etdi – 1:0.

Mustafa Dənizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Bir neçə oyundur ki, heç-heçə edirik. Qalib gəldiyimiz üçün şadıq, buna ehtiyacımız var idi. Qarşıdakı 10 turdan sonra haraya kimi gedə biləcəyimiz daha dəqiq görünəcək. Bizim üçün həm kubok, həm də Premyer Liqa vacibdir”.

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Çox zəif oynadıq. Fikrimcə, futbolçularda arxayınçılıq var. Komanda ilə ciddi söhbət edəcəm. Bu cür oyunla heç kimə qalib gələ bilmərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43