Ölkə futbolu

Mustafa Dənizli daha iki futbolçuya qapını göstərdi: Özünüzə klub tapın

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli iki futbolçudan imtina edib. 

Təcrübəli çalışdırıcı Kazım Kazımlı və Elvin Mirzəzadəyə ehtiyac duymayıb.

Klub rəhbərliyi gənc futbolçulara Dənizliyə lazım olmadıqlarını və Türkiyəyə getməyəcəklərini bildirib. Kazımlı və Mirzəzadənin karyerasını başqa klubda davam etdirməsi  gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43