27 Fevral 2024
Ölkə futbolu

Mustafa Dənizli: “Hansısa klubdan istefa verib getdiyimi görmüsünüzmü?” – YENİLƏNİB

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli bu gün mətbuat konfransı keçirib.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun türkiyəli çalışdırıcısı 

"Toplantıya başlamamışdan öncə deyim ki, Türkiyədə baş verən məlum hadisə hamımızı üzdü. Allah bir daha belə bir şeylər bizə yaşatmasın. 

Bu toplantıyla bağlı öncədən də belə bir konfrans oldu, bilmirəm. Amma mən həmişə hansı komandada işləyirəm işləyim mövsüm sonunda bu cür toplantılar keçirirəm. Mən bu komandanı götürəndə "Xəzər Lənkəran"ın heç bir çempionluq şansı yox idi. Səkkizinci pillədə qərarlaşan komandanın yallız kubok şansı var idi. Və bu kubokda da ümidlərimizi itirdik. Ümumiyyətlə liqada göstərdiyimiz performans da, tam üst səviyyədə olmasa da, normal idi.

Yeni mövsümdən etibarən yerli futbolçular daha çox çıxış edəcək. Başqa bir mövsüm olacaq bu il. Mən bəyəndiyim futboçuların adını rəhbırliyə təqdin etmişəm.
***
Azarkeşlərimizi həm öz meydanımızda, həm də səfərdə gördük. Onları stadiona gətirəcək yeganə şey bizim uğur qazanmağımız olar. Bugün o tribunaların boş qalması normald. Uğur yoxdu, azarkeş də gəlmir.

Zaqatalaya getməmə səbəblərimdən biri səhətimlə bağl idi. 6-7 saatlıq yol gedə bilmirəm. Bundan başqa, yeni transfer siyahımda olan futbolçuları da iş başında görmək istədim. Zaqatala səfərində qazanılacaq xal bizim üçün çox da öməli deyildi.

Bəzi şeyləri qaytara bilərsiniz. Ancaq itirilən xalları qaytarmaq mümkün deyil. 

Ötən həftə rəhbərliklə görüşdüm. Transfer siyahımı onlara təqdim etdim. Yeni mövsüm üçün xüsusən də yerli futbolçuların transfer ilə bağlı istəklərimi çatdırmışam. 

Mənim indiyə kimi hansısa klubdan istefa verib getdiyimi görmüsünüzmü? Heç vaxt olmayıb.

Yeni mövsüm üçün mütləq yerli futbolçulara ehtiyacımız var. Təbii ki, göndərəciyimiz futbolçular da var. Bizim ən böyük problemimiz azərbaycanlı futbolçuların az olmasıdı. Təsəvvür  edin iki futbolçunun zədələnsə və ya qırmızı kart alsa, biz çıxlmaz vəziyyətdə qalırıq.

Qışda transfer etdiyimiz bir neçə futbolçu, eləcə də Eliası ehtiyatda oturmaq üçün almamışıq. Adabtasiya dövrü keçir. Qışda transfer etdiyim futbolçuların hamısı düzgün transferlərdi. Zamanla onlar bütün potensiallarını açıb göstərəcəklər.

Uğursuzluqda ən az pay sahibi rəhbərlikdi. Onlar əlindən gələni etdilər.  

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43