Antalyada hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran"ın hazırlıq matçı çərçivəsində oynayacağı ilk klubun adı məlum olub.
Cənub klubu ilk matçında Superliqa təmsilçisi " Çaykur Rizəspor"a qarşı keçirəcək. Görüş yanvarın 15-də baş tutacaq.
Qeyd edək ki, Lənkəran klubunun baş məşqçisi Mustafa Dənizli bundan əvvəl "Çaykur Rizəspor" komandasını çalışdırıb.