"Eskişəhərspor"un futbolçusu Rodriqo Tello Türkiyə mətbuatına maraqlı açıqlamalar verib. "Beşiktaş"da Dənizlinin rəhbərliyi altında çıxış edən çilili yarımmüdafiəçi "Xəzər Lənkəran"ın baş məşqçisindən çox şey öyrəndiyini etiraf edib:
"İndiyədək çox məşqçi ilə çalışmışam. Onların arasında birini seçməli olsam, bu Mustafa Dənizli olar. O, mənimlə bir ata kimi davrandı. Çox yaxınlıq göstərirdi, çox şey öyrətdi, çox kömək etdi".