16 Yanvar 2025
Kateqoriyasız

Mustafa Dənizli: “Pul məsələsini danışmağa lüzum yoxdu”

“Xəzər Lənkəran”dan qalmaqallı şəkildə ayrılan Mustafa Dənizli “Beşiktaş”da çalışa bilər.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun sabiq çalışdırıcısı “qara qartal”dan təklif alıb. Təcrübəli mütəxəssisinin “Beşiktaş”a idman direktoru keçəcəyi gözlənilir.

M.Dənizli məsələylə bağlı qısa açıqlama verib:

“Mən “Beşiktaş”lıyam. Pul məsələsini danışmağa lüzum yoxdu. Əgər məni bu vəzifəyə layiq görürlərsə xoşdu mənim üçün”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43