“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizlinin yeni iş yeri məlum olub.
İdmanxeber.com-un məlumatına görə, türkiyəli mütəxəssis vətənində “Qalatasaray”a başçılıq edəcək.
Təcrübəli çalışdırıcı yeni mövsümdən etibarən “Cim-Bom”un baş məşqçisi olacaq.
Artıq klub rəhbərliyinin türkiyəli mütəxəssislə razılığa gəldiyi bildirilir. “Qalatasaray”ın yaxın günlərdə bu transferi rəsmən açıqlayacağı gözlənilir.